Qadin.NET / Bu yeməklər narkotikdən betərdir

Bu yeməklər narkotikdən betərdir

 


Bəzi ərzaqlar insanda asılılıq yaradır. 
Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, amerikalı mütəxəssislər Devid Lüdviqin başçılığı ilə maraqlı bir tədqiqat aparıblar. 
Könüllüləri zülal, yağ və karbohidratların miqdarı eyni olan kokteyllərə qonaq ediblər. Yalnız onlardan bir qrupunda qlikemik indeks daha çox olub. 
Məlum olub ki, yüksək qlikemik indeksli kokteyllər adamda aclıq hissi yaradır və baş beyində "həzz mərkəzi" adlanan sahənin işini stimullaşdırır. 
Beynin məhz bu hissəsi insan narkotik maddələr qəbul edərkən də aktivləşir. 
D.Lüdviq bildirir ki, yüksək qlikemik indeksli ərzaqlar (məsələn, bulka, çips, tost, pivə, xurma, kreker, kartof, qabaq, şokolad batonları və s.) eyni zamanda həzz və aclıq hissi yaradaraq insanı çox yeməyə sövq edir və bu səbəbdən də çəki artır.

Mənbə:Milli.Az

 

4 may 2014
GO BACK