Qadin.NET / Gülən insanın yaddaşı yaxşıdır

Gülən insanın yaddaşı yaxşıdır

 


İnsanlar yaddaşlarını möhkəmlətmək üçün müxtəlif üsullar fikirləşiblər: barmağa sap bağlamaqdan tutmuş, ovuca yazmağadək. Ancaq daha asan bir üsul da var. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, alimlər yaddaşı möhkəmlətməyin ən asan üsulunun gülmək olduğunu deyirlər. 
Çünki gülüş yaddaşı korlayan stressi azaldır.

 Kaliforniyadakı Lom Lind Universitetinin alimləri belə bir təcrübə aparıblar: 20 nəfərdən ibarət qrupa 20 dəqiqə ərzində gülməli video göstəriblər. Həmin sayda digər şəxslər isə bu müddət ərzində heç nə izləməyib, yalnız növbələrini gözləyiblər. 
Bundan sonra hər iki qrupdan olanlar yaddaş testlərindən keçiriliblər. Həmçinin onların ağız suyundan stress hormonu olan kortizolun miqdarının ölçülməsi üçün nümunələr götürülüb. 
Məlum olub ki, videoya baxıb gülənlər testi daha yaxşı yerinə yetiriblər, kortizolun səviyyəsi isə qat-qat aşağı olub. 
Bunun səbəbi odur ki, gülüş orqanizmdə endorfinin miqdarını artırır. Nəticədə beyində dopamin hormonu çoxalır, adamda sevinc hissi yaranır. Bu isə beyin dalğalarının aktivliyini dəyişir ki, bu da yaddaşı yaxşılaşdırır.  

Mənbə:Milli.Az

 

4 may 2014
GO BACK