Qadin.NET / Pasportlar üçün ödənilən dövlət rüsumu

Pasportlar üçün ödənilən dövlət rüsumu

 



Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.
APA-nın məlumatına görə, dəyişiklik Daxili İşlər Nazirliyinin (DİN) polis əməkdaşlarına verilən əlavələr, müavinətlər və ödənişlərlə bağlıdır.
Dəyişikliyə əsasən, bundan sonra Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsinin və xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə ödənilən dövlət rüsumunun 20 faizi DİN-in pasport və qeydiyyat qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının (“ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən işçilər istisna olmaqla) sosial müdafiəsini gücləndirmək, maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə xüsusi hesaba köçürüləcək.
Mənbə:apa.az

 

4 may 2014
GO BACK