Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən rus bölməsi abituriyentləri üçün Azərbaycan dili fənni üzrə imtahan keçirilib.
ANS PRESS-in məlumatına görə, Gəncədə 2 imtahan binasına Gəncə və ətraf rayonlardan olan 865 abituriyent iştirak edib. İmtahanların idarə olunması üçün 6 imtahan rəhbəri və 78 nəzarətçi müəllim prosesi izləyib. Saat 13:00-da başlayan imtahan 45 dəqiqə davam edib.
Bu müddət ərzində abituriyentlərə 20 test tapşırığı təqdim olunub. Hər sual bir balla qiymətləndirilir. Abituriyentlər imtahandan məğbul qiymət almaq üçün ən azı 15 sualı düzgün cavablandırmalıdırlar.
İmtahanda iştirak etməyən və məqbul qiymət ala bilməyən abituriyentlər iyul ayının 3-də Bakıda keçiriləcək növbəti anoloji imtahana qatıla biləcəklər.
anspress.com