Əgər hər gün bir qədəh istənilən şərab içilərsə, o zaman orqanizmi böyrək xəstəliklərindən qorumaq mümkün olar. Əgər insanda böyrək xəstəliyi varsa, o zaman həmin şərab ürəyi qoruyacaq.
Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, gündə bir qədəh şərabın içilməsi ümumiyyətlə şərab içməyən insanlara münasibətdə xroniki böyrək xəstəliklərini 37% azaldıb. Böyrəkləri xəstə olan, hər gün 1 qədəh şərab içən insanlarda isə ürək xəstəliklərinə 29% az rast gəlinib.
Həkim Tapan Mexta bu barədə deyib: "2003-2006-cı illərin statistikasına baxaq. 1031-ində böyrək xəstəliyi olan 5852 adamın göstəricilərinə nəzər saldıqda şərabın effektli olduğunu gördük. Prinsipcə, əvvəllər də həkimlər ürəklərini qorumaq istəyən qadınlara gündə bir, kişilərə isə 2 qədəh şərab içməyi tövsiyyə edirdilər".
Şərabın xeyri tərkibindəki spirt və antioksidantlarla şərtlənir. Şərab yüksək sıxlıqlı lipoproteinlərin ("faydalı xolesterin") səviyyəsini qaldıra bilir. Bu isə arteriyaları zədələrdən qoruyur. Son araşdırma zamanı bəyaz və qırmızı şəraba fərq qoyulmayıb. Şərabın böyrəklərə dəqiq təsir mexanizm isə öyrənilməyib. Bəlli olan isə budur: şərabı çox içsəniz, qan təzyiqiniz yüksələcək, bu isə təkcə böyrəklərin deyil, bütün orqanizmin evini yıxır.