Qadin.NET / Embrionlar diabetə qarşı

Embrionlar diabetə qarşı

Alimlər ilk dəfə olaraq 1-ci tip diabeti olan qadından götürülmüş hüceyrələri insanın klonlaşdırılmış embrionunun yaradılmasında istifadə edib, sonra isə ondan embrional kök hüceyrələr əldə ediblər.  
Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, eyni zamanda mütəxəssislər həmin kök hüceyrələri insulin istehsal edən beta-hüceyrələrə çevirməyi bacarıblar. Diabeti olan pasiyentlərin isə məhz belə hüceyrələrə ehtiyacı var. 
Məlumdur ki, embrional kök hüceyrələr bədənin istənilən hüceyrəsinə çevrilə bilir. Bu metodun əsas müsbət cəhəti odur ki, pasiyentdən alınmış klonlaşdırılmış hüceyrə genetik cəhətdən donora tam uyğun olur. Yəni ideal uyğunluq əldə edilir. 
Somatik hüceyrələrin nüvələrinin köçürülməsi, yəni klonlaşdırma prosesi, söhbət insanlardan gedirsə, etik cəhətdən ziddiyyətlidir. Bu proses zamanı embrionlar yaradılır və tədqiqat prosesində məhv edilir. Klonlaşdırılmış insan embrionundan kök hüceyrələri alınması üçün, alimlərin ideyasına görə, diabeti olan qadının dəri hüceyrələrinin nüvəsi nüvələri çıxarılmış donor yumurtahüceyrələrinə köçürülmüşdü. 
Hüceyrələr embrionların ilkin mərhələsinə, blastosistlərədək yetişdirilir, sonra isə embrional kök hüceyrələrin alınması üçün mənbə olurdu. Amma bir əmma da var: klonlaşdırılmış embrionlardan kök hüceyrələrin alınması üçün xeyli yumurtahüceyrə lazımdır. Ümumilikdə isə metodikanı uğurlu saymaq olar. Çünki indiyədək donora genetik cəhətdən identik olan analoji hüceyrə yaratmaq mümkün olmamışdı.  

Mənbə:Milli.Az

 

4 may 2014
GO BACK