Qadin.NET / Şəkidə milli atüstü oyunlar festivalı başlayıb

Şəkidə milli atüstü oyunlar festivalı başlayıb

Şəkidə milli atüstü oyunlar festivalı başlayıb

Şəki rayonundakı Respublika Atçılıq Turizm Mərkəzində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş növbəti milli atüstü oyunlar festivalı keçirilir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən xəbərə görə, mayın 7-nə kimi davam edəcək festival çövkən, sürpapaq, papaq və atüstü güləş oyunları üzrə təşkil ediləcək.
Ümummilli liderin xatirəsinə həsr olunmuş yarışda Bakı, Şəki, Ağdam, Ağstafa, Ağcabədi, Balakən, İsmayıllı, Qax, Qəbələ, Laçın, Oğuz, Yevlax, Xaçmaz, Zaqatala və Goranboy rayonlarından gəlmiş komandalar iştirak edir. İlk oyun Şəki və Ağcabədi komandaları arasında baş tutub. Oyun 4-2 hesabı ilə Ağcabədi komandasının xeyrinə başa çatıb. Qaliblər Mədəniyyət və Turizm Nazirliyinin diplom və pul mükafatları ilə təltif olunacaq.
Qeyd edək ki, Azərbaycanın qeyri-maddi mədəni irsinin ayrılmaz hissəsi olan atüstü milli oyunların qorunub saxlanılması, qədim tarixə malik atçılıq ənənələrinin bərpası və gənc nəsildə bu sahəyə marağın artırılması məqsədilə keçirilən festival 2006-cı ildən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilir.

Mənbə: Anspress.com

4 may 2014
GO BACK