Gül bayramı Yasamal rayonunda qeyd olunub.
ANS PRESS-in verdiyi məlumata görə, gül bayramı münasibətilə Yasamal rayonunda keçirilən tədbirdə böyüklü-kiçikli hər kəs iştirak edib.
Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə təşkil edilən bayramda güldən hazırlanmış çoxlu sənət nümunələri sərgilənib. Balacaların da iştirak etdiyi bayramda onlarin əl işləri təqdim olunub. Sərgidə, həmçinin məktəb və universitet müəllimlərinin də hazırladıqları müxtəlif maraqlı əl işləri də nümayiş edilib.
Sərgi iştirakçısı Mahizər Şabanbəyova deyir ki, universitet müəlliməsidir, hazırladığı bu sənət əsərlərini gətirib.
Bayramda güllərdən hazırlanmış Qız Qalası, Azərbaycanın bayrağı daha çox diqqət çəkib.
Yasamal RİH-nin başçısı İbrahim Mehdiyev bildirir ki, hər il bu bayramı belə keçirirlər: "Burada güllər sərgilənir, balacaların təşkil etdiyi rəqslər və bir sıra müğənnilərin iştirakı da gül bayramına olan marağı daha da artırır".
Mənbə: Anspress.com