Qadin.NET / Möcüzə! Bu adam 203 kilo arıqladı

Möcüzə! Bu adam 203 kilo arıqladı

Möcüzə! Bu adam 203 kilo arıqladı

Türkiyədə yayımlanan həftəsonu proqramlarından birinin qonağı izləyiciləri heyrətləndirib.
ANS PRESS-in xəbərinə görə, Türkiyənin "CNN Türk" televiziyasında yayımlanan "Həftə sonu ləzzəti" proqramının qonağı olan Tolqahan Özsevən adlı şəxs hamını təəccübləndirib.
Belə ki, o, inanılması çətin olan bir mübarizənin qalibi olub. Heç bir əməliyyatdan istifadə etmədən, 303 kq çəkidən 98 kq-a düşüb. Uşaq yaşlarında ikən yemək rejiminə diqqət etməyən Tolqahan normal insandan 3-4 qat çox yemək yediyini etiraf edib.
Daha sonra bir gün arıqlayacağı ilə bağlı qərar verib və 36 aydan sonra məqsədinə çataraq, istədiyi görkəmə qovuşub. O, proqrama əvvəllər geydiyi böyükölçülü şalvarını da gətirib.
Tolqahan Özsevən həmin ərəfələrdə xüsusilə psixoloji baxımdan çox çətin dövrlər keçirdiyini də vurğulayıb.

Mənbə: Anspress.com

4 may 2014
GO BACK