İki həftə sonra Çinin Lenovo şirkətinə məxsus Motorola yeni smartfonunu nümayiş etdirəcək. Aparat mayın 13-də Londonda keçiriləcək tədbirdə təqdim ediləcək. Motorola şirkəti inkişaf etməkdə olan bazarlar üçün Moto E modelini təqdim etməyə hazırlaşır.
Milli.Az ICTnews-a istinadən bildirir ki, təxminlərə görə, Moto E smartfonu 720p təsvir ölçülü 4,3 düymlük ekran, 1 QB əməli yaddaş, 1.2 QHs takt tezlikli ikinüvəli prosessor, 1900 milliamper/saat tutumunda akkumulyator, 5 meqapiksellik kamera və batareya ilə təchiz ediləcək.
Mənbə:Milli.Az