Qadin.NET / Audi Q9 hazırlanır

Audi Q9 hazırlanır

Alman avtomobil istehsalçısı yeni yolsuzluq avtomobilinin buraxılması haqqında planlarını təsdiq etdi. Yenilik “Audi Q7”-dən hündür olacaq və istehsalçının model sırasında ən böyük və möhtəşəm yolsuzluq avtomobili olacaq. CAR nəşriyyatının verdiyi məlumata gorə, bu barədə “Audi”-nin rəhbəri Rupert Ştadler xəbər verib. 

Milli.Az auto.az-a istinadən bildirir ki, top-menecer həmçinin bildirib ki, rəhbərlik yeni modelin buraxılışına “rəqiblərin də belə etdiyinə görə” qərar verməyib. “Audi Q9” markanın əsl flaqmanına çevrilə bilər. “Audi”-nin planlarına görə 2020-ci ildə satışların 45%-i “Q” model sırasının payına düşəcək. “Audi Q9”-un texniki təfərrüatları çox cüzidir, lakin Ştadler yolsuzluq avtomobilinin hibrid versiyası da əldə edəcəyinə də işarə etdi.
Əvvəllər söhbətin “Mercedes-Benz GL” ilə rəqabət apara biləcək yeddinəfərlik avtomobil haqqında getdiyi bildirilirdi. Amma alman istesalçısı şəhər kompaktının yaradılmasından imtina etdi. Ştadler bildirdi ki, - “ “Audi A1”-dən bir pillə aşağı modelin mənası yoxdur. Biz “A1”-dən razıyıq: o 120 000 nüsxə ilə satılıb və müasir avadanlıq və zəngin təchizata malikdir, buna görə də satışla bağlı problem yoxdur”.
Mənbə:Milli.Az

 

4 may 2014
GO BACK