Qadin.NET / Google Glass üçün əlavələr satılır

Google Glass üçün əlavələr satılır

İnternet nəhəngi hələ də Google Glass üzərində təkmilləşdirmə işləri aparır, amma istəkdən asılı olaraq 1500 dollar xərcləyərək ağıllı eynəyi satın almaq olar. TechInsights onlayn nəşri komponentləri təhlil edərək belə nəticəyə gəliblər ki, cihazın istehsalı Google şirkətinə 80 dollara başa gəlir. 

 
Milli.Az ICTnews-a istinadən bildirir ki, TechInsightsin məlumatına görə, Googleun smart eynəyinin ən bahalı komponenti 14 dollarlıq prosessordur. Mütəxəssislər ekranı 3, kameranı 5,7, daşıyıcı və əməli yaddaşı 13 dollar dəyərində qiymətləndiriblər. Qurğunun quraşdırılması 2 dollardan bir qədər baha başa gəlir.
 
Google Glass eynəyinin yekun versiyasının satışlarına 2014-cü ilin payızında start veriləcəyi gözlənilir. Şirkət rəsmiləri bir neçə dəfə deyiblər ki, eynəyin kommersiya nüsxəsi 1500 dollardan daha ucuz olacaq.
 Mənbə:Milli.Az
4 may 2014
GO BACK