Qadin.NET / İran hakimiyyəti “WhatsApp”ı yasaqladı

İran hakimiyyəti “WhatsApp”ı yasaqladı

İran hakimiyyəti “WhatsApp” qısa mesaj xidmətini yasaqlayıb. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu haqda internetlə bağlı cinayətlərə nəzarət komitəsinin katibi Əbdülsalam Hürrəmabadi açıqlama verib.

 

O, bunu “WhatsApp”ın başqa bir sosial şəbəkə, “Facebook” tərəfindən satın alınması ilə əlaqələndirib. Komitə katibi onu da əlavə edib ki,  bu mesaj sisteminin yasaqlanması həm də  onun amerikalı “sionist Mark Tsukerberg tərəfindən” hazırlanmasıdır.

 

Xəbərlərə əsasən, yaxın zamanda qurum “Viber”, “Tango” və “Instagram” kimi sosial şəbəkə əlavələrinin də taleyi ilə bağlı qərar qəbul edəcəyi gözlənilir.

 

Bu komitə 2009-cu ildə yaradılıb. Onun tərkibinə 6 nazirlik və daha 7 məmur daxildir. Quruma ölkənin baş prokuroru başçılıq edib.

Mənbə:Milli.Az

4 may 2014
GO BACK