Qadin.NET / Snapchat-da maraqlı yeniliklər var

Snapchat-da maraqlı yeniliklər var

Özü silinən fotomesaj mübadiləsi üçün messencerdə mətn çatı və videozəng funksiyaları işə salınıb.

 
Milli.Az ICTnews-a istinadən bildirir ki, artıq Snapchat istifadəçiləri mesajlaşa, onlara şəkil və videoçarxlar birləşdirə bilərlər. Mətn çatının pəncərəsində, həmçinin videozəng funksiyası əlçatandır.
 
Zəng yalnız o biri istifadəçi mesaj oxuduqda (mesaj göndərmə düyməsinin rəngi göy olur) edilə bilər. Zəng zamanı həmsöhbətlər videozəngi davam etdirmək üçün barmaqlarını daima smartfonun ekranında saxlamalıdırlar. Barmağı ekrandan çəkdikdə həmsöhbətin smartfonunda təsvir yoxa çıxacaq. Zəngdən sonra yazışma tarixçəsi silinir, amma vacib mesajları öncədən saxlamaq olar.
 
Snapchat 2011-ci ilin sentyabrında işə salınmış fotomessencerdir. Snapchat istifadəçiləri əvvəllər imzalı şəkillərlə mesajlaşırdılar. Fotomesajlar 10 saniyə ərzində avtomatik silinirdi. 2013-cü ilin sonunda Snapchatın aktiv istifadəçilərinin sayı 30-40 milyon olub. Onlar gündəlik təxminən 350 milyon şəkil göndəriblər. Tətbiqin istifadəçilərinin 80%-i ABŞ ərazisində yaşayır. 2013-cü ilin noyabrında Facebook messenceri 3 milyard dollara satın almaq istəsə də, buna nail olmayıb.
Mənbə:Milli.Az

 

4 may 2014
GO BACK