Qadin.NET / Bakıda daha bir yol çökdü

Bakıda daha bir yol çökdü

Bakıda daha bir yol çökdü

Bakıda daha bir avtomobil yolunda çökmə baş verib.
Paytaxtda Zabrat dairəsi-Maştağa-Buzovna avtomobil yolunun 15-ci kilometrliyində yolun bir neçə hissəsində asfalt-beton örtüyü çöküb. Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, qeyd edilən avtomobil yolunda təxminən 3 çökmə hadisəsi baş verib.
“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev ANS PRESS-ə Zabrat dairəsi-Maştağa-Buzovna avtomobil yolun bir neçə hissəsində çökmə baş verdiyini təsdiqlədi.
O, qeyd etdi ki, Hazırda baş verən hadisənin səbəblərinin araşdırılması məqsədilə ərazidə aidiyyatı qurum tərəfindən qazıntı işləri aparılır.

 

Mənbə: Anspress.com

4 may 2014
GO BACK