Qadin.NET / Qayınanasından bezənlər oxusun! - MƏSLƏHƏT

Qayınanasından bezənlər oxusun! - MƏSLƏHƏT

 

Qayınanasından bezənlər oxusun! - MƏSLƏHƏT

 

Bu dəfə qlobal problemlərindən olan qayınana məsələsinə toxunmuşuq. Evli şəxslərin şikayətləndiyi əsas mövzulardan birinə…

 

Bəzi hallarda evliliklərin bitməsinə də səbəb olan qaynana-gəlin münasibətlərini necə qaydasına qoymalı?

 

Ailem.az-ın bu barədə sizə bəzi məsləhətləri var.

 

1.   Həyat yoldaşınızın ailəsinin sizi sevməməsi, qəbul etməməsi doğrudan da çətin haldır. Ancaq unutmayın ki, özünüzü heç kimə zorla sevdirə bilməzsiniz. Sizi olduğunuz kimi qəbul etmələrinə çalışa bilərsiniz, ancaq bu da bir nəticə verməsə, bu, sizin günahınız deyil. Bunun sizin pis biri olmanızla heç bir əlaqəsi yoxdur. Analar bir çox hallarda gəlinin və ya kürəkənin onların sevimli övladlarını əllərindən aldığını düşünür. Buna görə bu vəziyyəti qəbul edin və səbəb axtarmaqdan əl çəkin.

 

2.   Əgər biriylə birgə yaşayırsansa, deməli onun ailəsiylə də birgəsən və o ailə ilə yaxşı yola getmək vacibdir. Ancaq məhz onların sizə pis davranması sevgindən və ya ailəndən imtina etmən dərəcəsinə gəlib çıxmamalıdır. Əgər həyat yoldaşınız sizi seçibsə, deməli sizi sevib sizə dəyər verir.

 

3.   Həyat yoldaşınızın buna bir həll yolu tapmasına imkan verin. Sevdiyinizin ailəsi sizi sevmirsə, icazə verin, onlara sizi məhz həyat yoldaşınız sevdirsin. Sizin necə biri olduğunuzu öz dilindən anlatsın. Onun sizi nə qədər çox sevdiyini görmələri ailəsinə təsir edəcək və sizə şans verəcəklər.

 

4.   Həyat yoldaşınızın ailəsiylə sakit şəkildə söhbət edin. Onlara qızını/oğlunu nə qədər çox sevdiyinizi və birlikdə nə qədər xoşbəxt olduğunuzu izah edin. Onları öz ailəniz kimi gördüyünüzü və sizi sevmələri üçün əlinizdən gələni edəcəyinizi deyib, onlardan şans istəyin. Onlara öz hisslərini ifadə etməyə icazə verin. Bəzən qarşı tərəf də sizin onları sevmədiyinizi düşünə bilər. Bunun doğru olmadığını eşitmələri yaxşı olar.

 

5.   Nəzakətli və səbrli olun. Əgər həyat yoldaşınızın ailəsi sizə pis davranırsa, bu sizin də onlara pis davranmanıza haqq qazandırmaz. Hər zaman hörmətlə yanaşın, çünki onlar sizin böyüklərinizdir. Edəcəyiniz hörmətsizlik onların sizin haqqınızdakı pis düşüncələrini təsdiqləyə bilər.

 

6.   Nə olursa-olsun, uşaqlarınızın nənə-babaları haqqında yanlış düşünməsinə imkan verməyin.  Uşaqların yanında onlar haqqında pis danışmayın və onların da pis danışmasına icazə verməyin.

 

7.   Həyat yoldaşınızın ailəsi sizin də ailənizdir, ancaq diqqətinizi daha çox öz qurduğunuz ailəyə yönəldin. Qayınata,  qayınanayla olan problemlərinizin həyat yoldaşınızla mübahisəyə səbəb olmasına icazə verməyin.

Mənbə:lent.az

 

3 may 2014
GO BACK