Qadin.NET / Apple OS X-i təzələdi

Apple OS X-i təzələdi

 


Tərtibatçıların növbəti WWDC konfransında Apple şirkəti OS X masaüstü əməliyyat sisteminin yenilənməsinə böyük diqqət ayıracaq. Bu haqda öz mənbələrinə istinadən 9to5Mac bloqu yazıb.

 
Milli.Az ICTnews-a istinadən bildirir ki, nəşrin məlumatına görə, OS X əməliyyat sisteminin 10.10 versiyasınadək yenilənməsi son zamanlar ən mühüm dəyişikliklərdən biri olacaq. Məsələn, OS X interfeysinin dizaynı iOS 7 dizaynına oxşayacaq. Mənbələrin məlumatına görə, yeniləmənin kod adı Syrahdır (şərab istehsalında istifadə edilən üzüm sortu). 9to5Mac bloqunun müşahidəçisi, həmçinin bildirib ki, Apple şirkəti iOS 8 əməkdaşlarının bir hissəsini OS X üzərində işə keçirib.
 
WWDC konfransı 2-6 iyun 2014-cü il tarixində keçiriləcək.
Mənbə:Milli.Az

 

3 may 2014
GO BACK