Qadin.NET / LG yeni smartfonunu göstərəcək

LG yeni smartfonunu göstərəcək

 

 

LG şirkəti jurnalistlərə yeni qabaqcıl LG G3 smartfonunun mayın sonunda keçiriləcək nümayişinə dəvət göndərib. Bu haqda "The Verge" yazıb.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, 27 – 28 may tarixində LG şirkəti 6 şəhərdə (San-Fransisko, Nyu-York, London, Seul, Sinqapur və İstanbul) 6 tədbir keçirəcək. Dəvətdə yalnız amerikalı esseist Ralf Uoldo Emersonun sitatı yazılıb: Sadəlik böyüklük deməkdir. Başqa heç bir məlumat qeyd edilməyib.

Buna baxmayaraq, ekspertlər əmindirlər ki, şirkət məhz LG G3
smartfonunu nümayiş etdirəcək. KİV-ə bu smartfon haqqında artıq kifayət qədər informasiya sızıb.
Mənbə:Milli.Az

 

3 may 2014
GO BACK