Qadin.NET / Üç ekranlı smartfon hazırlandı

Üç ekranlı smartfon hazırlandı

 

Kanadada Kuins Universitetinin mühəndisləri təsvirin göstərilməsi üçün elektron mürəkkəb texnologiyasından istifadə edən üç ekranlı smartfonun işçi prototipini nümayiş etdiriblər. Qurğu PaperFold adlandırılıb, onun köməyilə zəng etmək, mətn mesajları göndərmək və internetdə gəzişmək olar, amma təqdim edilmiş prototipin əsas üstünlüyü birləşdirilmiş ekranlardır.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, PaperFold qurğusunun konstruksiyası ondan transformer kimi istifadəyə icazə verir: ekranların yerləşməsindən asılı olaraq aparatın imkanları dəyişir. Məsələn, smartfonu mini-noutbuka çevirmək olar. Hazırda bu həll hələ ki prototip mərhələsində mövcuddur, Kanada mühəndisləri hələ ki onun kommersiya tətbiqi haqqında düşünmürlər.
 Mənə:Milli.Az



 

3 may 2014
GO BACK