Qadin.NET / Super lent hazırlanıb

Super lent hazırlanıb

Sərt disklərin mövcudluğu dövründə məlumatların maqnit lentlərinə yazılması texnologiyası son dərəcə köhnəlmiş görsənir. Bununla belə indiyədək belə daşıyıcıların həcminin artırılması üzrə işlər aparılır və bir çox böyük İT şirkətləri məlumatların saxlanılması üçün maqnit lentlərindən istifadə edir.

 
Belə ki, LTO-6 standartı təxminən 2,5 TB həcmində məlumatın nazik plyonkaya yazılması imkanını nəzərdə tutur. Bu günlərdə Sony şirkəti bu sahədə böyük texnoloji sıçrayış haqqında bəyan edib: indi müvafiq ölçülü daşıyıcısına 74 dəfə daha çox - yəni təxminən 185 TB məlumat yazmaq olar.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, bu həll mayın əvvəlində Almaniyada Intermag Europe 2014 sərgisində rəsmi nümayiş etdiriləcək.
 
Böyük həcmli məlumatların saxlanılması ilə məşğul olan istənilən internet şirkəti yaxın gələcəkdə yeni həll əsasında məhsullardan istifadədə olduqca maraqlı olacaq.
Mənbə:Milli.Az

 

3 may 2014
GO BACK