Qadin.NET / Bakıda kater və yaxtalar sərgisi keçiriləcək.

Bakıda kater və yaxtalar sərgisi keçiriləcək.

 

Bakıda kater və yaxtalar sərgisi keçiriləcək.


Bu il mayın 15-dən 17-dək Bakıda 1-ci Xəzər Beynəlxalq kater və yaxtalar sərgisi ("CİBS 2014") keçiriləcək.

ANS PRESS-in xəbərinə görə, sərgidə "CIBS 2014"-də su-motor texnikası və müvafiq məhsullar nümayiş etdiriləcək. 

Sərgidə Azərbaycan, Avstriya, Böyük Britaniya, Yunanıstan, Fransa, İsveç, İtaliya, Kanada, Niderland, Rusiya, ABŞ, Türkiyə, Ukrayna, Fransa, İsveç və Yaponiya kimi ölkələrin təmsilçiləri və yaxta həvəskarlarının tanınmış nümayəndələri də qatılacaqlar.

"CIBS 2014" sərgisi Azərbaycanda yaxta bazarının inkişafı və irəliləyişinə kömək edəcək. "CIBS 2014" su-motor texnikasının yenilik və son nailiyyətlərinin təqdimatı ilə birgə qarşıdan gələn yaxta mövsümünə hazırlıqla tanış olmaq üçün böyük bir fürsətdir.

 

 

Mənbə: Anspress.com

3 may 2014
GO BACK