15 may tarixində Bakıda dünyanın ən iri qısametrajlı film festivalının yeni Yaz toplusunun nümayişi baş tutacaq. Nümayişin təşkilatçısı qismində yenidən YARAT Müasir İncəsənət Məkanı çıxış edəcəkdir.
Hal-hazırda festival 90 ölkə, 300 şəhər, 6 qitəni əhatə edərək 1 il ərzində bütün dünya boyu 1,400 nümayiş təklif edir.
Mövcud olduğu 10 il ərzində festival Finlandiyadan tutmuş Meksikaya qədər böyük ərazidə kino pərəstişkarlarının rəğbətini qazanmışdır. Festival bütün dünya boyu peşəkarlar və debütantlara beynəlxalq kinematoqrafiya birliyinin bir hissəsinə çevrilməyə şərait yaradır.
"Future Shorts" festivalının Yaz Mövsümü özündə 7 filmi birləşdirir:
YAZ MÖVSÜMÜ 2014
2014-CÜ İLİN MARTINDAN MAY AYINA QƏDƏR
TUTİNİN TOYU
Rejissor: Frederik Kasella
Böyük Briyaniya - 2011
18:30 dəqiqə
Dram/ Romantik Komediya
Piter həmişə gözəl sirena Tutiyə aşiq olub, lakin itlərlə danışmağı bacardığını düşünən Elison adlı anti-sirena ilə evlənir. Buna görə də, toy gününün ərəfəsindəki gecədə Tuti Piterlə eşqbazlıq edərkən ümidsiz Piter onların bir-birinin taleyi olduqları qərarına gəlir.
Rəsmi Toplu, 2012 Sundance Beynəlxalq Film Festivalı
Münsiflər Heyətinin Xüsusi Vurğulaması, Bermuda Beynəlxalq Film Festivalı 2012
Qran Pri - Ən Yaxşı Komediya, Münsiflər Heyətinin Mükafatı - Ən Yaxşı Qısametrajlı Film, Friars
Komediya Klubu Film Festivalı 2011.
HEÇ HARANIN MƏRKƏZİNƏ DOĞRU
Rejissor: Anna Franses Evert
Böyük Briyaniya - 2011
15 dəqiqə
Sənədli film
Bu film böyük sevgi ilə oyun və təxəyyül vasitəsilə reallığın çərçivələrini kəşf edən və yoxlayan uşaqların heyrətini ifadə edir.
Ən Yaxşı Sənədli Film üçün Golden Gate Mükafatı - San Fransisko
Beynəlxalq Film Festivalı 2011, Helen A. Mükafatı -
Edinburq İncəsənət Kolleci 2010.
KAPİTAN
Rejissor: Neş Edgerton
Avstraliya - 2013
6 dəqiqə
Dram/ Komediya
Təyyarə pilotu qəzanın qalıqları arasında böyük təlatüm içərisində oyanaraq öz hərəkətlərinin nəticələri ilə üz-üzə gəlməli olur.
Flickerfest Beynəlxalq Qısametrajlı Film Festivalında iştirak edib,
Sundance Film Festivalı, Florida Film Festivalı, Sarasota Film
Festivalı, Melburn Beynəlxalq Film Festivalı, Kalgari
Andeqraund Film Festivalı.
SVAMP (GÖBƏLƏK)
Rejissor: Şarlotta Miller
İsveç - 2011
8:20 dəqiqə
Dram/ Tutqun Romantik Komediya
Ketrin öz sevgilisi tərəfindən tərk edildikdən sonra özünün baxımsız evində biqanə oturarkən əri vəfat etmiş yaşlı qadın ətrafa dağıdıcı enerjisini səpələyir. Qoca qadının güclü hisslərindən təsirlənən Ketrin keçmiş sevgilisi ilə üzləşməyi qərara alır.
2012-ci il Sundance Film Festivalında iştirak edib.
BÖYÜK EV
Rejissor: Musa Seyid
Yəmən - 2013
04:40 dəqiqə
Qısa Hekayət
Yəmənli oğlan küçənin sonunda olan boş igamətgaha daxil olarkən böyük evdə özünə və öz vəhşi xəyallarına çıxış imkanı verir.
2014-cü il Sundance Film Festivalında, Los Anceles Film
Festivalında, Sietl Film Festivalında, Dubay Film Festivalında iştirak edib.
UÇMA QORXUSU
Rejissor: Konor Finneqan
Irlandiya - 2013
09:08 dəqiqə
Animasiya/ Komediya
Douqal uçma qorxusu olan kiçik bir quşdur. Gecələr o, davamlı şəkildə yerə yıxılma kimi qarabasmalardan əziyyət çəkir, gündüzlər isə bu qorxu ilə üzləşməmək üçün ona lazım olan hər yerə ayaqla gedir. Sərt qış gəldikdə Douqal Cənuba köçməlidir, lakin necə?
Ən Yaxşı Animasiya Mükafatı - LA Qısametrajlı Film Festivalı 2012, Gənc Rejissorlar Forumunun Mükafatı
- Kristal Festivalı 2012, Auditoriya Mükafatı - Qlasqo
Qısametrajlı Film Festivalı 2013, Auditoriya Mükafatı - Animade 2013, Ən Yaxşı Animasiya - Provincetown Beynəlxalq Film Festivalı.
YONAH
Rejissor: Kibve Tavares
Böyük Britaniya - 2012
17:41 dəqiqə
Dram/ 3D Animasiyası
Zanzibar çimərliklərinin sakini Mbvana adlı oğlan gələcək barədə ümidverici xəyallara qapılaraq öz kiçik şəhərciyini cazibədar turistik mərkəzə çevrildiyi barədə mif yayır. Lakin reallığın onun arzularından çox uzaq olduğunu anladıqda o, ya şəhərciyi, ya da özünü məhv etmək qərarına gəlir.
2013-cü il Sundance Film Festivalında iştirak edib, 2013-cü il Britaniya Müstəqil Film Mükafatlarının (BİFAS) "Ən Yaxşı Qısametrajlı Film" Nominasiyası
Film4, BFI, Channel4, Shine Films ilə birgə əməkdaşlıqda hazırlanıb.
Əsas nümayişin başlanmasından öncə YARAT təşkilatının keçən il baş tutmuş eksperimental incəsənət layihəsi barədə video hesabatdan ibarət "Zavod" filmi nümayiş etdiriləcək. Həmin layihə çərçivəsində 26 gənc rəssam tərk edilmiş kondisioner zavodunun məkanının görkəmini dəyişdirən bir sıra instalyasiyalar yaratmışlar.
Bundan əlavə, tamaşaçıları isti içkilər, hava şarları və bolluca xoş təəssürat gözləyir!
Nümayiş 15 may tarixində Yaşıl Teatrda baş tutacaq.
Nümayişin başlanma vaxtı: 21:00.
Mənbə: Trend.az