Qadin.NET / Azərbaycanda Facebook istifadəçilərinin sayı artıb

Azərbaycanda Facebook istifadəçilərinin sayı artıb

 


2014-cü ilin yanvar-aprel aylarında Azərbaycanda Facebook istifadəçilərinin sayı 5,48 faiz artıb. Milli.Az xəbər verir ki, Trend-in "Global Stats" statistika mərkəzinə istinadən verdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə Facebook istifadəçilərinin sayı 3,15 faiz artıb.

Facebook Azərbaycanda ən populyar sosial şəbəkədir. Onun sosial media bazarında payı 68,63 faizdir.
Hesabat dövründə Twitter sosial şəbəkəsinin istifadəçilərinin sayında azalma qeydə alınıb. Bu dövrdə Twitter-in payı 22,74 faiz azalaraq 8,97 faiz təşkil edib. Bu da 2013-cü ilin analoji dövr göstəricisindən 23,92 faiz azdır.
Yanvar-apreldə YouTube istifadəçilərinin sayı 30,54 faiz artıb. YouTube-un Azərbaycanda bazar payı 8,59 faiz təşkil edir. Ötən ilin eyni dövrü ilə müqayisədə YouTube-un auditoriyası 33,93 faiz azalıb.
4,15 faiz paya sahib Tumbir siyahının dördüncüsüdür.
Odnoklassniki sosial şəbəkəsinin istifadəçilərinin sayı 38,91 faiz azalıb. Bu sosial şəbəkənin bazar payı 3,47 faizdir.
Sonrakı yerləri Pinterest (2,8 faiz) və Vkontakte (1,68 faiz) tuturlar.
Mənbə:Milli.Az

 

3 may 2014
GO BACK