Qadin.NET / Microsoft Office-ə pulsuz əvəz yaradıldı

Microsoft Office-ə pulsuz əvəz yaradıldı

 


iPad planşetləri üçün Microsoft ofis əlavələri paketlərinin təqdimatından sonra, Google korporasiyası sənədlərin, cədvəllərin və təqdimatların redaktəsi üçün Google Docs, Google Sheets və Google Slides proqram toplusunu təqdim edib.

 
Milli.Az ICTnews-a istinadən bildirir ki, Microsoft və Google şirkətlərinin əlavələr paketlərini müqayisə etdikdə Google əlavələri daha əlverişli görünür. Google paketi, Officedən fərqli olaraq tamamilə pulsuzdur. Bundan başqa, Google proqramları pulsuz olmalarına baxmayaraq təkcə baxışı nəzərdə tutmur, eyni zamanda oflayn rejimində, yəni internetə qoşulmadan, sənədlərin tam redaktə edilməsini nəzərdə tutur.
 
Əlbəttə ki, Google şirkətinin universal ofis əlavələrinin alət və funksiyaları Microsoft Office proqramlarının geniş imkanlarına görə çata bilmir, lakin peşəkar redaktə nüanslarına toxunmayan adi istifadəçilər üçün tam yetərlidir.
 
Hazırda App Storeda Google Docs və Google Sheets əlavələrini əldə etmək olar, yaxın zamanda isə Google Slides proqramının da təqdim edilməsi gözlənilir.
Mənbə:Milli.Az

 

3 may 2014
GO BACK