Həyatın qısa olması və qan hüceyrələrindəki Y xromosomunun itməsi arasında əlaqə var. Bu səbəbdən də kişilər qadınlardan az yaşayırlar. Kişilərin xərçəngdən ölüm riski isə daha çoxdur.
DNT dəyişikliyi bütün ömür boyu baş verir. Bu dəyişiklik diabet, xərçəng və digər xəstəliklərə səbəb ola bilər.
Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, beynəlxalq mütəxəssis qrupu 1600 nəfər yaşlı insandan götürülmüş qan nümunəsini analiz ediblər. Məlum olub ki, genetik dəyişikliklərin çox hissəsi Y xromosomu və ağ qan hüceyrələrinin payına düşüb.
Mütəxəssislər kişilərin səhhətini uzun illər boyu izləyiblər. Uspal Universitetinin immunologiya, genetika və patalogiya şöbəsinin əməkdaşı Lars Forsberqsübuta yetirib ki, qan hüceyrələrinin çox hissəsində Y xromosomu itmiş kişilər daha az yaşayırlar. Y xromosomu ilə xərçəng ölümü arasında birbaşa əlaqə olduğu da məlum olub.