Qadin.NET / Zaqatalada Heydər Əliyev Mərkəzi tikilir

Zaqatalada Heydər Əliyev Mərkəzi tikilir

 

 

Zaqatalada Heydər Əliyev Mərkəzi tikilir. Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, Mərkəzdə yeniyetmə və gənclərin asudə vaxtlarını daha səmərəli keçirməsi üçün hər cür şərait nəzərdə tutulub. 

Tikintisinə ötən ilin fevral ayında başlanılan 2 mərtəbəli tikilidə akt və konfrans zalları, muzey, 3D kinozalı, kitabxana, arxiv, ingilis, rus və fransız dillərinin tədrisi, kompüter, rəqs, heykəltaraşlıq, dizayn, kulinariya və digər dərnəklərin fəaliyyət göstərməsi üçün 15 sinif otağı və digər imkanlar mövcuddur. 

Hazırda binanın həyətyanı sahəsində son tamamlama və abadlıq işləri aparılır. Mərkəz yaxın günlərdə istifadəyə veriləcək.
Mənbə:Milli.Az

 

 

3 may 2014
GO BACK