Qadin.NET / “Azərbaycan və Əhli-beyt irsi” kitabı çap olundu

“Azərbaycan və Əhli-beyt irsi” kitabı çap olundu

“Azərbaycan və Əhli-beyt irsi” kitabı çap olundu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə nəşr olunan “Azərbaycan və Əhli-beyt irsi” adlı kitab işıq üzü görüb.
DQİDK-nin Mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tərtibatda “Elm və təhsil” nəşriyyatında işıq üzü görən və ön sözü Dövlət Komitəsinin sədri Elşad İskəndərov tərəfindən yazılan əsər akademik Vasim Məmmədəliyevin ümumi redaktəsi ilə çap olunub
Kitabın elmi rəyçisi AMEA-nın M.Fizuli adına Əlyazmalar İnstitutunun direktoru, professor Teymur Kərimlidir. Bu dəyərli tarixi və mənəvi tədqiqat əsərinin çapı Azərbaycan dövlətinin milli-mənəvi dəyərlərimizə verdiyi əhəmiyyətin növbəti göstəricisidir.
Əsərdə Azərbaycanın sosial və mədəni həyatının Əhli-beyt irsi ilə bağlı yönlərini tədqiq edən məqalələr öz əksini tapıb. Azərbaycanda Əhli-beyt mənsublarının adları ilə bağlı ziyarətgahlar, ədəbiyyatımızda Əhli-beyt irsinin rolu, ölkəmizdəki birgəyaşayış ənənəsinin və dinlərarası tolerantlıq mühitinin formalaşmasında Əhli-beytə olan sevginin rolu, Əhli-beyt irsinin qorunmasında Azərbaycan xalqının rolu və digər mövzularda ölkəmizdəki ilahiyyat sahəsindəki aparıcı mütəxəsislər tərəfindən qələmə alınmış sanballı məqalələrə yer verilib. Kitabda ölkəmizdəki Əhli-beyt irsinin faktiki izləri və dövlətin dinə olan qayğı və dəstəyinin bariz nümunələrindən ibarət fotoşəkillər ayrıca maraq mövzusudur.
Kitabda Əhli-beyt irsinin ölkəmizdəki izləri hesab olunan və Ümummilli Lider Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə və bu dəyərlərin ayrılmaz bir hissəsi olan Əhli-beyt irsinə göstərdiyi qayğının nümunəsi kimi dövlət tərəfindən əsaslı təmir və bərpa olunan Bibiheybət məscid-ziyarətgah kompleksi, həmçinin bu ənənənin layiqli davamçısı olan Azərbaycan Prezidenti İlham Əliyev cənabları tərəfindən Gəncə İmamzadə ziyarətgah-komplekslərinin əsaslı təmirindən, bu mühüm dini-tarixi abidələr haqqında ətraflı məlumat verilib.
Azərbaycanın milli-mənəvi dəyərlərinin tədqiqi sahəsində yazılmış nadir əsərlərdən olan “Azərbaycan və Əhli-beyt irsi” kitabının əsas məqsədi azərbaycanlıların milli kimliynin formalaşmasında, ölkəmizin dini, ədəbi və sosial həyatında tarixən bu irsin oynadığı rolu üzə çıxarmaqdır. 

Mənbə:Anspress.com

3 may 2014
GO BACK