Qadin.NET / Sinoptiklərdən istirahət günləri üçün müjdə

Sinoptiklərdən istirahət günləri üçün müjdə

 

 

Azərbaycanda istirahət günləri hava əsasən yağmursuz keçəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müaviniGülşad Məmmədova Trend-ə bildirib ki, mayın 3-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, gecə bəzi yerlərdə zəif duman olacaq, gündüz əsasən yağmursuz keçəcək. Lakin axşam havanın tutqun olacağı, gecəyə doğru bəzi yerlərdə qısamüddətli az yağış yağacaq. Mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 10-15, gündüz 20-24 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində mayın 3-ü hava əsasən yağmursuz olacaq. Bəzi yerlərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacaq, qərb küləyi arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 13-18, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti proqnozlaşdırılır.

Bu cür hava şəraiti mayın 4-də də davam edəcək.

Mənbə:Milli.Az

 

2 may 2014
GO BACK