Qadin.NET / "Eurovision 2014" Azərbaycan üçün nələri vəd edir? - MÜZAKİRƏ

"Eurovision 2014" Azərbaycan üçün nələri vəd edir? - MÜZAKİRƏ

 


"Eurovision 2014" müsabiəsinin başlanmasına çox az vaxt qalıb. Bu dəfə ölkəmizi bu nüfuzlu müsabiqədə müğənni Dilarə Kazımova "Start a Fire" mahnısı ilə təmsil edəcək. 
 
Bəs "Eurovision 2014" müsabiəsindən gözləntilərimiz nədir? Milli.Az xəbər verir ki, xalq artisti Mübariz Tağıyev bu məsələ ilə bağlı fikirlərini Day.Azsaytı ilə bölüşüb. 

"Mən Dilarəni artıq uzun illərdir ki, tanıyıram. Onun gözəl səsi var, bu səbəbdən əminəm ki, o bacaracaq. İlk yeri tutacağını deyə bilmərəm. Mənim proqnozlarıma görə, ilk yeri Ukrayna tutacaq. Bizim bildiyimiz kimi, "Eurovision" tək mahnı müsabiqəsi deyil, eyni zamanda siyasi müsabiqədir. Bununla belə, Dilarənin ilk beşliyə düşəcəyinə şübhə etmirəm. 

Müsabiqədə çoxlu sayda güclü mahnılar var. Hamısı sanki bir-birinə bənzəyir. Mənim daha çox Polşa və Gürcüstanın mahnıları xoşuma gəldi. Bu müsabiqədə tək səs deyil, şou da önəmlidir. Ümid edək ki, bizim şou ən yaxşı olacaq". 

Bəs siz bu barədə nə düşünürsünüz, əziz oxucular? 

Mənbə:Milli.Az

 

2 may 2014
GO BACK