Qadin.NET / Bu gün "Qarabağ" çempion olacaq?

Bu gün "Qarabağ" çempion olacaq?

 


Bu gün Azərbaycan Premyer Liqasında 33-cü turun oyunlarına start veriləcək. 

Milli.Az qol.az-a istinadən məlumat verir ki, turun bütün görüşləri bu gün baş tutacaq. Turun açılış matçında lider "Qarabağ" klubu səfərdə "Bakı"nın qonağı olacaq. Saat 15:00-da başlayacaq oyunda Ağdam təmsilçisi qələbə qazanacağı təqdirdə çempionluğunu rəsmiləşdirə bilər. Lakin bunun üçün "İnter" "Sumqayıt"la görüşdə büdrəməlidir. 

Saat 17:00-da "Neftçi" öz meydanında "Qəbələ"ni, "İnter" isə "Sumqayıt"ı qəbul edəcək. "Neftçi" və "Qəbələ"nin qonşu pillələrdə qərarlaşmaları bu oyuna olan marağı artırır. "İnter" klubu "Sumqayıt"la görüşdə qalib gəlməklə ən azı ikinci pillədəki mövqeyini bir qədər də möhkəmləndirmək niyyətindədir. Lakin daha öncə "Neftçi" və "Bakı"dan xal alan "Sumqayıt"ın "İnter"ə necə müqavimət göstərəcəyi maraqla gözlənilir. 

Turun son qarşılaşmaları saat 18:00-a nəzərdə tutulub. AZAL klubu səfərdə "Simurq"un, "Rəvan" isə "Xəzər Lənkəran"ın qonağı olacaq. 

2 may (cümə) 

Azərbaycan Premyer Liqası, 33-cü tur 

15:00. “Bakı” – “Qarabağ” 
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Elman Musayev, Feyzulla Feyzullayev 

Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Orxan Məmmədov 
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu. 

17:00. “Neftçi” – “Qəbələ” 

Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Zeynal Zeynalov, Ramiz Məhərrəmov 
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Ramil Əhmədov 
8-ci km qəsəbə stadionu. 

17:00. “İnter” – “Sumqayıt” 
Hakimlər: Rauf Cabbarov, Elşən Acalov, Nahid Əliyev, Vüsal Əliyev 
“Şəfa” stadionu. 

18:00. “Simurq” – AZAL 

Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Yaşar Abbasov, Nail Nağıyev 
Zaqatala şəhər stadionu. 

18:00. “Xəzər Lənkəran” – “Rəvan” 

Hakimlər: Elvin Əsgərov, Munis Abdullayev, Coşqun Həsənov, Mahir Məmmədov 
“Xəzər Lənkəran” mərkəzi stadionu.

Mənbə:Milli.Az

 

2 may 2014
GO BACK