Bakıda "Məhəbbət tanqosu" baletinin premyerası olacaq. ANS PRESS-in məlumatına görə, premyera 14 mayda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında baş tutacaq.
Dünya şöhrətli bəstəkarların, o cümlədən Astor Pyatsollanın musiqisi əsasında səhnəyə qoyulan tamaşanın quruluşçu baletmeysteri tanınmış xoreoqraf, Rusiyanın xalq artisti Liliya Sabitovadır. Baletmeyster böyük sevgi və nifrət, sevimli qadına sahib olmaq uğrunda mübarizə, amansız intiqamdan bəhs edən xoreoqrafik dram yaradıb. Bütün bu hadisələr tanqo stilində təqdim ediləcək.
Tamaşada əsas partiyaları Azərbaycanın xalq artistləri Kamilla Hüseynova (Laura), Gülağası Mirzəyev (Raul), Əməkdar artist Samir Səmədov (Migel) və Veronika Arazova (Tereza) ifa edəcəklər.
Mənbə: Anspress.com