Mayın 2-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, səhər və axşam bəzi yerlərdə zəif duman olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam hava arabir tutulacaq.
Havanın temperaturu gecə 10-13° isti, gündüz 21-26°, günün birinci yarısında yarımadanın bəzi yerlərində 29° isti olacağı gözlənilir.
Bakıda gecə 12-14° isti, gündüz 25-27° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcəkdir. Nisbi rütubət gecə 75-85 faiz, gündüz 60-65 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında, əsasən, yağmursuz, lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı gözlənilir.
Havanın temperaturu gecə 9-14° isti, gündüz 25-30°, bəzi yerlərdə 33° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında, əsasən, yağmursuz, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 19-24° isti olacağı gözlənilir.
Qazax,Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında,əsasən, yağmursuz olacaq.
Havanın temperaturu gecə 9-14° isti, gündüz 25-30° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında, əsasən, yağmursuz, lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı gözlənilir.
Havanın temperaturu gecə 9-14° isti, gündüz 23-28° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında, əsasən, yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.
Havanın temperaturu gecə 9-14° isti, gündüz 25-30°, bəzi yerlərdə 33° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında, əsasən, yağmursuz olacaq. Səhər dağlarda duman olacağı ehtimalı var.
Havanın temperaturu 10-14° isti, gündüz 24-29° isti, dağlarda gecə 6-10° isti, gündüz 19-24° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Mayın 2-də Abşeron yarımadasında cənub küləyinin üstünlüyü meteohəssas insanlarda diskomfort hissi yaratsa da, sonrakı günlərdə mülayim xəzri küləyi meteohəssas insanlar üçün əsasən əlverişlidir.