Qadin.NET / Günün qoroskopu: yeni taktikanı sınaqdan keçirin

Günün qoroskopu: yeni taktikanı sınaqdan keçirin

 

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
Qoç - qarışıq, çətin, mürəkkəb gündür. Sınaq zamanıdır. Hadisələr sizin mövqelərinizin səbatlılılığını imtahana çəkir. Baş verənlərə rəğmən geri çəkilməyin, təslim olmayın. Çox nüfuzlu insanlar yardım təklif etsələr də, tək çalışın, müstəqil olun.
Günün ikinci yarısında son günlərin olaylarını təhlil edin. Nəticələr çıxarın, planlarda dəyişikliklər edin. Yeni taktikanı yoxlamaq, strategiyanın üstün və zəif cəhətlərini müəyyənləşdirmək olar.
Bəyəndiyiniz, sevdiyiniz insanla axşam saatlarında görüşə bilərsiniz. Təmaslar əhvalınızı yaxşılaşdıracaq, bədbin fikirlərdən qurtulmağa yardım edəcək.
Alış-verişdə bədxərclik etməyin. Xərclər özünü doğrultmayacaq.
 
Buğa - təmaslarda və əlaqələrdə diqqətli olun. Bu çətin gündə uğura nail olmaq istəyirsinizsə, sayıq, diqqətli olun. Yalnız yaxşı tanıdığınız insanlara etibar edin. Yeni tanışlarla ehtiyatlı olun.
Günün ikinci yarısının maliyyə fonu əlverişlidir. Gəlirin məbləği gözləntinizdən də artıq ola bilər. Əmlak mübahisələrinin tənzimlənməsi üçün pis zaman deyil.
Axşam saatlarında işlər çoxsaylı və maraqlı, amma yorucudur. Əhvalınızın pisləşməsi, xroniki ağrıların kəskinləşməsi istisna deyil.
Alış-verişi ertələsəniz, pis olmaz.
Əkizlər - situasiya birmənalı deyil. Dürüst qərar qəbul etmək çətinləşir. Qohumlar və dostların məsləhətləri karınıza gəlməyəcək. Əksinə, deyilənlər sizi çaşdıra bilər. İşdə fikir ayrılıqları və ixtilaflar istsina deyil. Bel bağladığınız yardımı almayacaq, problemlərlə üzbəüz qalacaqsınız.
Günün ikinci yarısında ailədə problem yarana bilər. Ünsiyyətdəki anlaşılmazlığı böyüməmiş həll edin, sərinliyi aradan qaldırın.
Yaşam potensialının səviyyəsi aşağıdır. Xroniki ağrılar, həzm sistemində problemlər ola bilər. Ənənəvi, adət etdiyiniz təamlara üstünlük verin. Kulinar eksperimentlərə yol verməyin.
 
Xərçəng - işdə yaranan kiçik anlaşılmazlıq və ixtilaflar çoxdan bəri həyata keçirmək istədiyiniz planın, ideyanın və niyyətin reallaşdırılmasında əngəllər yarada bilər. Yeni, məhsuldar əməkdaşlığa başlamaq asan deyil.
Rəhbərliklə təmaslarda problemlər var. Onları çözməyə çalışmasanız, müşküllər daha da artacaq.
Günün ikinci yarısında ailə münasibətləri harmonik olacaq. Yaxınlarınızla dil tapın. Ev işləri, interyerin yenilənməsi, kulinar eksperimentlər üçün münasib zamandır. Pəhriz saxlayırsınızsa, rasionu pozmayın. İradəli olun, çox yeməyin.
 
Şir - bu gün çox iş görməlisiniz. Planların reallaşdırılmasına nə qədər tez başlasanız, bir o qədər yaxşıdır. Günün ilk yarısında işdə rəhbərlik və həmkarlarla fikir ixtilafları yarana bilər.
Saatlar keçdikcə qarşılıqlı anlaşma əldə olunacaq.
İşiniz və gəlirlərinizlə bağlı mühüm informasiya ala bilərsiniz.
Günün ikinci yarısı səfər, görüş, romantik təmaslar üçün əlverişlidir. Təxəyyülü işə salın, ideyalardan bəhrələnin. Yaşam potensialının səviyyəsi yüksəkdir.
Səhhətinizdə problemlər yaranmayacaq.
 
Qız - günün ilk yarısı peşəkar fəaliyyət müstəvisindəki problemlərin həlli üçün münasibdir. Çox çətin, qəliz məsələni çözə bilərsiniz. İntellektual potensial səviyyəniz yüksəkdir. Rəqib və bədxahların bütün səylərinə rəğmən tələyə düşməyin. Məqsədə aparan yolda onların yaratdıqları maneələrlə sədləri dəf edin. Dayanmayın, irəliləyin.
Günün ikinci yarısında səhhətinizdə problemlər yarana bilər. Adi günlərlə müqayisədə indi zökəm və soyuqdəyməyə daha çox meyllisiniz. Özünüzü soyuğa verməyin. Küçəyə çıxanda isti geyinin.
Axşam saatlarında xoş xəbər ala bilərsiniz.
 
Tərəzi - uğurlu, münasib gündür. Çoxdan bəri reallaşdırmaq istədiyiniz işi tamamlamaq, qarşınıza qoyduğunuz məqsədə çatmaq şansları var. Çətinliklərin dəf olunmasında köhnə dostlar sizə yardım edəcəklər. Onların çox maraqlı təklifləri var. Həmin təkliflərdən birini qəbul etmək mümkündür.
Günün ikinci yarısı alış-veriş və investisiyalar üçün pis deyil. Pullarınızı ağılla, məntiqlə xərcləyin. Dostlar və qohumlarla münasibətlərdə səmimi, qayğıkeş olun. Yaşam potensialının səviyyəsi yüksəkdir. Əhvalınız yaxşı olacaq.
 
Əqrəb - uğur əldə etmək istəyirsinizsə, tələsin. Sürətlə, məhsuldar, qətiyyətlə çalışın. Düşünmək üçün çox vaxt yoxdur. İşdə rəhbərlik və həmkarlarla ünsiyyətdə problemlər yarana bilər. Fikir ayrılıqları bəzən o qədər ciddiləşir ki, iş yerini dəyişmək barədə düşünməyə başlayırsınız.
Günün ikinci yarısı bilik, informasiya əldə etmək, təcrübəni artırmaq, peşə bacarıqlarının yüksəldilməsi üçün əlverişlidir.
Səhhətinizdə kiçik problemlər yarana bilər. Axşam saatlarında yorğunluq hissi olacaq. Amma səhhətinizdə problemlər olmayacaq.
 
Oxatan - köç, iş yerinin və ya ünsiyyət dairəsinin dəyişdirilməsi ilə bağlı qərar qəbul etmək üçün əlverişli zamandır. Köhnədən ikiəlli yapışmayın. Məqsədə çatmaq üçün yeni vasitələr və metodları sınaqdan keçirin. Eksperimentlər etmək olar. Birlikdə çalışdığınız insanlarla təmaslarda həssas, sayıq olun.
Günün ikinci yarısı yeni tanışlıq, əlaqələr üçün əlverişlidir. İşgüzar təərfdaşla işbirliyinin səviyyəsini yaxşılaşdırın. Axşam saatlarındakı mükalimə əhvalınızı yaxşılaşdıra bilər.
 
Oğlaq - indiyədək öhdəsindən gələ bilmədiyiniz işlərə qayıtmaq və onları tamamlamağa cəhd göstərmək olar. Maraqlı təkliflər alacaqsınız. Təkliflərdən birinin müəllifi indiyədək məhsuldar əməkdaşlıq etdiyiniz insandır. İmkan və potensialınızı dəqiq qiymətləndirin. Qüvvəniz xaricində işə başlamayın, vəd verməyin.
Günün ikinci yarısında yaxınlarınızı unutsanız, münasibətlərdə gərginlik yarana bilər. Axşam saatlarını dostlar və ya sevdiyiniz insanla keçirmək fikriniz varsa, müəyyən işləri təxirə salmaq olar.
 
Dolça - əvvəl başladığınız işləri başa vurmamış yeni işlərə başlamayın. Xaos və anlaşılmazlıqlara yol verməyin. İşləri təşkilatlayın, planları konkretləşdirin, hədəf və məqsədləri dəqiqləşdirin. İtkilərə yol verməmək, uğura nail olmaq istəyirsinizsə, qətiyyətli olun.
Günün ikinci yarısında fəaliyyətinizdə təxəyyül, problemlərin həllinə yaradıcı yanaşma və ideyaların orijinallığı müstəsna əhəmiyyət daşımayacaq.
İdeyaları daha əlverişli vaxta qədər ertələmək olar.
Adi günlərdən fərqli olaraq ev işləri daha çox vaxt və qüvvə alır. Üstəlik, işlərlə təkbaşına məşğul olmalısınız. Yaxın ətrafınızdakı insanlar sizə yardım etmək istəməyəcəklər.
Axşam saatlarında alış-verişə çıxmaq olar.
 
Balıqlar - aktivliyi bir qədər azaldın, təmkinli olun. Tələsməyin, gözləyin və yalnız bundan sonra fəaliyyətə başlayın. Nüfuzlu insanlardan dəstək və ya yardım almağa çalışın. Onlar müraciətlərinizi qulaqardına vurmayacaqlar. Uğurlarınız, nailiyyətləriniz barədə qarşınıza çıxan adama danışmayın.
Bədxahlar sizə paxıllıq edirlər. Onlar az sonra sizə zərər vurmağa çalşacaqlar.
Günün ikinci yarısında travma, zədə riski var. Axşam saatlarına yaxın uzun müddət tək, tənha qalmayın. Yaxşı əhvalda olmanız üçün yaxınlarınız yanınızda olmalıdır
Mənbə:Milli.Az

 

2 may 2014
GO BACK