Qadin.NET / Ən çox hansı mobil telefonlar alınır? - REYTİNQ

Ən çox hansı mobil telefonlar alınır? - REYTİNQ

Smartfonlarla bağlı rüblük hesabatın ardınca Strategy Analytics mütəxəssisləri mobil telefon bazarında vəziyyət haqqında tədqiqat dərc ediblər. Analitiklərin qiymətləndirməsinə əsasən, 2014-cü ilin yanvar-martında 9% artaraq 408 milyona çatıb.

 
Analitiklər bildiriblər ki, qeydə alınmış artım 2011-ci ildən bəri ən yüksək nəticədir. Onlar hesab edir ki, Asiya, Afrika və başqa regionların bazarında 4G və 3G modellərə tələbatın çoxalması hesabına artım qeydə alınıb.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, dünyanın ən böyük mobil telefonistehsalçılarının reytinqində Samsung liderdir: Cənubi Koreya nəhəngi tədarüklərini 6% artırıb və 113 milyon telefon istehsal edib.
 
47 milyon qurğu tədarükü və 11.5% bazar payına sahib Nokia şirkəti siyahıda ikinci olub. Qeyd edək ki, bir il əvvəl bu göstəricilər müvafiq olaraq 61,9 milyon və 16,6% təşkil edib.
 
Finlandiya şirkəti Android modellər istehsal edən çoxsaylı istehsalçılar və Apple şirkəti tərəfindən sıxışdırılır.
 
Analitiklər ehtimal edir ki, ötən həftə Nokianın telefon biznesini rəsmən özünə birləşdirən Microsoft korporasiyası vəziyyəti düzəltmək üçün Android ilə işləyən Nokia X smartfonlar xəttini genişləndirməyə çalışacaq.
 
Ötən rüb 43,7 milyon iPhone tədarük etmiş və 10.7% bazar payına sahib Apple şirkəti reytinqdə üçüncü yerdə qərarlaşıb.
 
Mütəxəssislər ilk beşlikdə yer almış Huawei şirkətininin rolunu xüsusi qeyd ediblər. Ekspertlər Çin şirkətini ötən rübün ulduzu adlandırıblar. Çünki, bu şirkətin artım sürəti bazarla müqayisədə iki dəfə yüksək olub. Belə ki, yanvar-mart ərzində Huawei şirkəti 14,2 milyon telefon tədarük edib və bazar payı 3,5%-ə çatıb. Bir il bu göstəricilər müvafiq olaraq 11,6 milyon və 3,1% təşkil edib.
 Mənbə:Milli.Az

 

 

2 may 2014
GO BACK