Qadin.NET / Yaponlar yeni Mercedes-i dəyişdilər - FOTO

Yaponlar yeni Mercedes-i dəyişdilər - FOTO

 

Yaponlar yeni Mercedes-i dəyişdilər - FOTO

 

 

Wald International şirkəti 2014 Mercedes-Benz S-Class üçün hazırladığı tüninq paketini təqdim edib. Yapon tünerləri tez-tez “hamı üçün nəzərdə tutulmayan” icralar təklif edir və yeni paket də istisna deyil.

 
Milli.Az 4charx.com-a istinadən bildirir ki, belə 2014 Mercedes-Benz S-Class xarici görkəmində zərifliyi itirir, amma daha çox aqressivlik əldə edir. Çoxları düşünə bilər ki, Wald International şitini-şorunu çıxarır, amma şübhəsiz ki, yapon tünerlərin bu məhsulunun da pərəstişkarları tapılacaq.
 
Flaqman sedan S-Class W222 iri hava çəpərləri olan yeni qabaq bamper, qanadlar üzərində yan havalanma dəlikləri, yenilənmiş yan ətəklər və yenidən işlənmiş diffuzorla arxa bamper əldə edib. Yapon mütəxəssisləri qaz xaricetmə sistemi boru ucluqlarını da yenisi ilə əvəz ediblər. Və nəhayət paketə iri yüngül lehimli disklər və yük yeri üzərində spoiler də daxildir.
Mənbə:Milli.Az

 

 

Yaponlar yeni Mercedes-i dəyişdilər - FOTO



 

2 may 2014
GO BACK