Çoxları bunu balıqların kürü tökmə dövrü ilə əlaqələndirir
Balığın ətinin tərkibndəki zülal, D vitamini, fosfor və kalsium kimi maddələr insan orqanizmi üçün çox xeyrlidir. Hətta tez-tez balıq əti yeyən adamlarda iflic və ürək çatışmazlığı baş verməsi faizi olduqca aşağıdır. Bəs niyə görə bu xeyirli balıq ətini may ayından avqustadək - 4 ay müddətində yemək məsləhət bilinmir? Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, çoxları bunu balıqların kürü tökmə dövrü ilə əlaqələndirir. Digər qrup insanlar isə yay aylarında balığın tez keyfiyyətdən düşməsi və insan orqanizminə ziyan verə biləcəyini deyir. Balıqçılar isə tamam başqa fikirdədir. Onlar deyir fərqi yoxdur. Yay, ya qış. Balıq təzədirsə, həmişə yemək olar. Balıqçıların sözlərinə görə, yay aylarında da balıq ovlanılır və dadına görə heç də digər aylarda tutulanlardan geri qalmır.
Balıq satan şəxslər isə yalnız nərəkimilər sinfinə aid olan balıq növlərinin kiçik ölçüdə olanlarını və kürüləmə dövründə ovlananlarını yeməyi tövsiyə etmir. Belə balıqlar hətta zəhərlənməyə də səbəb ola bilər. Bu aylarda balıqlar kürü tökmək üçün dənizdən çaylara axın edir. Həvəskar balıqçılar da məhs bu fürsətdən yetərincə yararlanmaq üçün çayların dənizə birləşən hissələrində balıq ovu ilə məşğul olur. Və bu zaman təqvim aylarındakı "R" hərfi haqqında heç düşünmürlər də.
Mənbə:Milli.Az