Qadin.NET / "Bəzən pərdələr qəzaya səbəb olur"

"Bəzən pərdələr qəzaya səbəb olur"

Azərbaycanın sığorta şirkətləri avtomobillərdə "pərdə mövsümünün" başlanmasını sakit qarşılayıblar və bu yeniliyin qəzaların artmasına səbəb olduğunu düşünmürlər. 

Milli.Az xəbər verir ki, bu barədə fins.az-a şirkətlərdən bildirilib. Xatırladaq ki, mayın 1-dən etibarən Azərbaycan ərazisində maşınlara pərdə vurulmasına qoyulmuş qadağa qüvvədən düşür. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin qərarı ilə mayın 1-dən noyabrın 15-dək sənaye üsulu ilə hazırlanmış pərdələrdən və jalüzlərdən istifadəyə icazə verilir. Bəs maşınlarda quraşdırılan pərdə və plyonkalar yol hərəkətinə hansısa təhlükə yarada bilirmi?

“Təcrübəli sürücü maşını güzgülərlə sürə bilər”

 Sığorta şirkətlərindən birinin nümayəndəsi Hikmət Allahverdiyevin fikrincə, arxa şüşələrə pərdə və ya plyonka vurulması qəzaların artmasına təsir edə faktorlardan deyil: “Dünyada belə qadağa yoxdur bir çox avtomaşınların üstündə elə zavod buraxılışı olan pərdə və plyonkalar olur. Təcrübəli sürücü üçün bu problem yaramır, yan güzgülərdən düzgün istifadə maşını təhlükəsiz idarə etməyə imkan verir. Bundan başqa əgər maşında arxanı göstərən kamera və monitor varsa, onda sürücü hətta pərdə və ya plyonka olduğu halda belə maşını təhlükəsiz sürə bilər. Bizim təcrübəmizdə məhz pərdə və plyonkanın ucbatından qəzaya düşən maşına rast gəlməmişik”.

"Pərdə imtina üçün əsas deyil"
Mütəxəssis deyir ki, maşınlar sığortalanann zaman pərdələrin olmamasını şərt kimi irəli sürmək düzgün deyil: “Bizim şirkətdə belə tələb yoxdur, lakin hansısa şirkət belə şərt irəli sürə bilər. Təbii ki, avtomobil sığortalanarkən onun texniki vəziyyəti, təhlükəsizliyi nəzərə alınır, həmçinin sürücünün yaşı, sürücülük təcrübəsi kimi amillər də hesaba alınır. Lakin bizim şirkətin təcrübəsində pərdələrin və ya plyonkaların olmaması ilə bağlı şərt irəli sürülməsi faktı olmayıb”.

"Bizim təcrübəmizdə bir neçə belə hadisəyə rast gəlinib"

Digər bir şirkətin Risklərin idarə edilməsi departamentinin direktoru Murad Namazov isə bildirir ki, ümumilikdə pərdələr yol hərəkəti üçün təhlükəli olmasa da, bəzən pərdələrin olması qəzaya şərait yaradır: "Az da olsa bəzi hallarda arxa şüşənin tam məhdulaşdırılması qəzaların baş verməsi üçün şərait yaradır. Bizim təcrübəmizdə bir neçə belə hadisəyə rast gəlinib. Ona görə də, sürücülərin buna diqqətlə yanaşması məqsədəuyğundur". Amma "Qarant Sığorta" da maşını sığortalayarkən pərdə və plyonka ilə bağlı şərt qoymur.

Arxada oturan kimdir?

Pərdələrin tündlük dərəcəsi də problemə səbəb olur. Məsələ bundadır ki, Dövlət Yol Polisinin icazə verdiyi arxa şüşənin tündləşdirmə norması 25%-dir. Amma hazırda yollarda tamamilə tünd plyonklalar və pərdələrə malik maşınlara da rast gəlinir. Buna baxmayaraq sığorta şirkətləri pərdənin tündlüyündən imtina üçün istifadə etmək fikrində deyillər. M.Namazovun sözlərinə görə, bunun səbəbi pərdənin vurulması ilə bağlı polisin əsaslandırmasıdır.

“Bizdə Yol polisi arxa şüşənin tam məhdudlaşdırılmasına qarşı mövqeyini belə izah edir ki, belə olduqda ehtiyac yarandığı zaman salonda sərnişinləri görmək olmur, ola bilsin axtarışda olan cinayətkar maşındadır və ya normadan çox sərnişin əyləşib və s. Əgər yol polisi qəzaların baçş verməsində belə halların ciddi rol oynadığını faktlar əsaslandıra bilsə, biz sığoratalam zamanı bu şərti qoya bilərik, hələlik isə bu haaqda şərtlər qoyulmur.

Mənbə:Milli.Az
1 may 2014
GO BACK