Qadin.NET / Texnologiyanın inkişafı buna da çatdı

Texnologiyanın inkişafı buna da çatdı

 

Texnologiyanın inkişafı buna da çatdı

 

Sonunda bu da oldu

Yaponların texnologiya dünyasına bəxş etdiyi cihazlar arasına daha biri əlavə olundu. 

Lakin bu dəfəki icadları bir az fərqli məqsədlər üçün hazırlanıb. 
Yaponiyanın Elektrokommunikasiya universitetində təhsil alan Nobuhiro Takahaşi adlı tələbənin Kadjimoto laboratoriyasında gərgin əmək sərf edərək ərsəyə gətirdiyi yüksək texnologiyalara malik cihaz internet vasitəsilə öpüşməni reallaşdırır. 

Dil hərəkətlərinə həssas olan aparat məsafəni aradan qaldırır. 

Yeni ixtira ayrı-ayrı kompyuterlərə birləşdirilən iki aparatdan ibarətdir. Hər iki aparatın yuxarısında kiçik plastik turba yerləşdirilib. 

Bu turbalar vasitəsilə cihaz dilin hərəkətlərini qəbul edir və rəqəmsal şəkildə yazaraq qarşı tərəfdəki cihaza göndərir. 

Bununla da həmin məlumatlar göndərilən dil hərəkətlərinin qarşı tərəfə tətbiq olunmasına imkan verir. 

Yəni turbanın əyri başlığını ağızda saat əqrəbi və ya əksinə istiqamətdə fırlatdıqda aparat işə düşür. 

Cihazı hazırlayan tələbə bunun müğənnilər və pərəstişkarları arasında da yaxşı ünsiyyət vasitəsi ola biləcəyini düşünür. 

Hələlik yalnız dil hərəkətlərini təqlid edə bilən cihazın gələcəkdə öpüşmə hissini daha təbii reallaşdırması üçün təkmilləşdirilməsi da davam edir.

“Öpüş aparatı”nın videosuna Youtube-dan baxa bilərsiniz.

Mənbə:lent.az
2 may 2014
GO BACK