"Bu il ümumilikdə tələbə qəbul planı üzrə 38 min 111 vakant yer ayrılıb".
ANS PRESS-in məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib ki, bu göstərici ötən illə müqayisədə 3,95 %, yəni 1449 yer çoxdur.
Bu il ali məktəblər üzrə birinci qrupda 4%, ikinci qrupda 7%, üçüncü qrupda 0,5%, dördüncü qrup üzrə isə 0,8% artım qeydə alınıb.
TQDK sədri bildirib ki, bu il 97 min məzundan 40 minə yaxını əvvəlik illərin məzunlarıdır: "53-55 min şagird ali və orta ixtisaslar üzrə imtahan verirlər. Yerdə qalanlar isə ötən ilin məzunlarıdır".
Məleykə Abbaszadə həmçinin əlavə edib ki, sınaq imtahanlarında 200 minə yaxın insan iştirak edib. O bildirib ki, ərizə verib təsdiqləməyən şəxslərin sayı isə 4000-ə qədərdir. Onların isə əksəriyyəti, təxminən 70 %-i oğlanlardır.
Mənbə: Anspress.com