Qadin.NET / Azərbaycanda ilk dəfə: yediyimiz ətin nə olduğunu biləcəyik (FOTO)

Azərbaycanda ilk dəfə: yediyimiz ətin nə olduğunu biləcəyik (FOTO)

Azərbaycanda ilk dəfə: yediyimiz ətin nə olduğunu biləcəyik (FOTO)

Azərbaycanda ilk dəfə olaraq SMPDK-nın Təcrübə-Sınaq Mərkəzində müxtəlif növ heyvanların ətinin DNT ekstraksiyası üsulu ilə təyini sınaqlarına başlanılıb.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzində (AzTEST) müxtəlif növ heyvanların ətinin DNT ekstraksiyası üsulu ilə təyini sınaqlarına başlanılıb. İlk olaraq at, uzunqulaq, donuz və toyuq ətinin təyini üzrə reagentlər alınaraq istifadəyə verilib. Sınaqlar həm çiy, həm də bişmiş və ya emal olunmuş ətin üzərində aparılacaq.
Artıq AzTEST-in Yeyinti və kənd təsərrüfatı məhsullarının sınaq laboratoriyasında at ətindən DNT ayrılaraq “Real-time PCR” cihazında sınaq aparılmış və müsbət nəticə alınıb. Sınaqları aparmaq üçün laboratoriyada əsasən Almaniyanın “QiaGen” şirkətinin istehsalı olan Ekstraktor (QiaCube) və “Real-Time PCR” cihazlarından, həmçinin Almaniyanın test reagentlərindən istifadə olunacaq.
Qeyd edək ki, SMPDK-nın Təcrübə-Sınaq Mərkəzində aparılan bu sınaqlar Azərbaycanda ilk dəfə olaraq həyata keçirilməkdədir. Bu sınaqlar satılan və istifadə olunan ətin hansı heyvan növünə aid olduğunu ayırd etməklə bu sahədə istehlakçı hüquqlarının qorunmasına kömək edəcək.

Azərbaycanda ilk dəfə: yediyimiz ətin nə olduğunu biləcəyik (FOTO)

Mənbə: Anspress.com

1 may 2014
GO BACK