Qadin.NET / İsmayıllıda respublikada analoqu olmayan mərkəz açıldı

İsmayıllıda respublikada analoqu olmayan mərkəz açıldı

 

Artıq əhalinin iş axtarmaq imkanları asanlaşdırılıb. İşsizlər yeni iş yerləri haqqında dolğun məlumat ala biləcəklər. İsmayıllı rayonunda işsiz və işaxtaran vətəndaşların məşğulluğunun müasir dünya təcrübəsindən irəli gələn səmərəli iş üsulları əsasında təmin olunmasına xidmət edən respublikada ilk olaraq Pilot Məşğulluq Mərkəzinin açılışı olub. Bununla yanaşı, rayonda keçirilən əmək yarmarkasında isə 200-dək boş iş yeri təqdim olunub.
Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun iştirakı ilə İsmayıllıda Pilot Məşğulluq Mərkəzinin açılışı olub. Mərkəzdə müvəqqəti xarakterli iş axtaran şəxslər üçün Əmək birjası xidməti də göstəriləcək. Mərkəz müvafiq avadanlıqlarla, aktiv məşğulluq tədbirləri, peşə standartları, iş axtarışı texnologiyası ilə bağlı maariflənidirici vasitələrlə təchiz olunub. Nazir Səlim Müslümov, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov,tədbirin digər iştirakçıları mərkəzdə yaradılmış şəraitlə tanış olublar. Ardından İsmayıllı rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə təşkil olunmuş Əmək Yarmarkası keçirilib. Nazir yarmarkanın təşkilatı vəziyyəti ilə tanış olub, müvafiq tapşırıqlarını verib. Əmək yarmarkasında rayon ərazisində fəaliyyət göstərən 90-dək idarə, müəssisə, təşkilat tərəfindən 200-dən çox vakant iş yeri təqdim olunub. Eyni zamanda, işaxtaran və işsiz vətəndaşların mövcud əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kurslarına və haqqı ödənilən ictimai işlərə cəlb olunması üçün onların qeydiyyatı aparılıb. Daha sonra nazir və nümayəndələr rayonda fəaliyyət göstərən xalçaçılıq sexi ilə tanış olublar. Məlumat verilib ki, sexdə 50 nəfər xalçaçı çalışır. Il ərzində 100 kvadratmetrdən artıq xalça, kilim toxunur.
Mənbə:Milli.Az



 

1 may 2014
GO BACK