Qadin.NET / Kolleclərə sənəd qəbulunun vaxtı açıqlandı

Kolleclərə sənəd qəbulunun vaxtı açıqlandı

Kolleclərə sənəd qəbulunun vaxtı açıqlandı

Mayın 12-dən ümumi orta ixtisas təhsil bazasında (9 illik) orta ixtisas təhsil müəssisələrinə ərizə qəbulu başlanır. ANS PRESS-in məlumatına görə, ərizə qəbulu iyun ayının 12-dək internet vasitəsi ilə aparılacaq. Orta təhsilini (9 illik) səviyyəsini 2013-2014-cü illərdə bitirən abuturiyentlər elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarına müraciət etmədən elektron ərizə səhifəsindəki müvafiq düyməni basmaqla özləri təsdiq edirlər.
2014-2014-ci tədris ili üçün ali təhsil müəssisələrində və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrində qəbul imtahanlarında iştirak etmək istəyən abuturiyentlər üçün aprel ayının 1-dən aparılan ərizələrin qəbulu aprelin 30-da başa çatıb. 97321 abuturiyentin ərizəsi təsdiq edilib. Bu rəqəm ötən ildəkindən 3 min 362 nəfər az olub.
Birinci qrup üzrə 35 min 562 nəfər abuturiyent sənəd verib. İkinci qrup üzrə isə 23 min 475 nəfər sənəd verib. Üçüncü qrup üzrə 26 min 167, dördüncü qrup üzrə isə 12 min 117 nəfər abituriyent sənəd verib.

 

Mənbə: Anspress.com

1 may 2014
GO BACK