Qadin.NET / Planetin ən təhlükəli hava limanları (FOTO)

Planetin ən təhlükəli hava limanları (FOTO)

Planetin ən təhlükəli hava limanları (FOTO)

ANS PRESS dünyanın ən təhlükəli hava limanlarını təqdim edir.
Cəbəllütariq hava limanı
Çox kiçik ərazidə yerləşən bu dövlətin bir hissəsi qayalıqdan ibarət olsa da, aeroport tikə bilib. Doğrudur, bu hava limanı bir qədər qeyri-adi alınıb. Burada uçma-enmə zolağı çox qısadır və şosse yolu ilə kəsişir. Təyyarələrə yol vermək üçün bu yolda hərəkəti dayandırırlar. Bu şəraitdə pilotdan, xüsusilə enmə zamanı yüksək diqqət tələb edir.
Con Kennedi hava limanı
Bir çox ekspertlər bu aeroportu təhlükəlilər sırasına aid edirlər. Bunu digər iki limanın yaxın olması ilə əlaqələndirirlər. Nəticədə istər uçma, istər enmə zamanı təyyarələrin toqquşma riski yaranır. Bunun üçün pilotlar yüksəkliyə çox ciddi riayət etməlidirlər.
Şotlandiya Bara hava limanı
Bu aeroportun dəniz sahilində yerləşən 3 uçma-enmə zolağı var. Dənizin qabarma zamanı zolaqlar suyun altında qalır. Bundan əlavə zolaqlar çox qısadır və heç də bütün təyyarə modelləri üçün yaramır.

Planetin ən təhlükəli hava limanları (FOTO)

Niderlandda Xuanço hava limanı
Bu yerlərdə qəzalar baş verməsə də bir çox ekspertlər inandırırlar ki, planetimizin ən təhlükəli aeroportu məhz Xuanço hava limanıdır. 400 metrdən qısa olan uçma-enmə zolağı dəniz, qayalar və dağlarla əhatə olunub.

Planetin ən təhlükəli hava limanları (FOTO)

Butan hava limanı
Himalay dağlarında yerləşən Butan dövlətinin coğrafi xüsusiyyətlərinə görə orada dəmiryol nəqliyyatı yoxdur. Bu səbəbdən Paro əyalətində vadilərdən birində hava limanı inşa edilmişdir. Uca dağ zolağı ilə dövrəyə alınmış çox qısa uçma zolağı pilotdan yüksək peşəkarlıq tələb edir.
Sen-Marten adasında Şahzadə Yuliana Aeroportu
Yerli uçma-enmə zolağı o qədər qısadır ki, pilot imkan daxilində zolağın başlanğıcına yaxın enmək üçün minimum yüksəklikdə enməyə başlayır. Enmə zamanı yüksəkli o dərəcədə kiçikdir ki, layner enərkən hasara ilişmək təhlükəsi ilə üzləşir, çimərlikdə istirahət edənləri quma batırır. 

Planetin ən təhlükəli hava limanları (FOTO)

Mənbə: Anspress.com

1 may 2014
GO BACK