Qadin.NET / Mayın 7-10-da bu yollar bağlanacaq

Mayın 7-10-da bu yollar bağlanacaq

Mayın 7-10-da bu yollar bağlanacaq

Azərbaycanda "Tour d'Azerbaidjan" beynəlxalq velosiped turunun növbəti yarışları keçiriləcək. ANS PRESS-in məlumatına görə, yarışla əlaqədar bəzi yollarda hərəkət məhdudlaşdırılacaq. "Tour d'Azerbaidjan" beynəlxalq velosiped turunun keçirilməsi ilə əlaqədar may ayının 7-də saat 09.00-dan 14.30-dək Dövlət Bayrağı Meydanından Dairəvi yol- Bakı-Sumqayıt şosesi-Masazır-Novxanı-Sumqayıt istiqamətində və Sumqayıt şəhərinin bir sıra mərkəzi küçələrində nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılacaq.
Göstərilən vaxtda həmin istiqamətlərə alternativ yollardan istifadə olunması xahiş olunur.
May ayının 8-də saat 09.00-dan 15.30-dək Bakı şəhərindən Şamaxı-İsmayıllı istiqamətində, may ayının 9-da saat 09.00-dan 15.00-dək Qəbələ-Oğuz-Şəki istiqamətində və Şəki şəhərinin bir sıra mərkəzi küçələrində;
Mayın 10-da saat 09.00-dan 13.30-dək Qəbələ-İsmayıllı-Şamaxı istiqamətində Pirqulu kəndinədək magistralda;
Mayın 11-də səhər saat 08.30-dan 11.00-dək Bakı şəhərində “Azadlıq meydanı – Neftçilər prospekti – Nobel prospekti – Zığ şosesi – Qala yolu – Şüvəlan – Mərdəkan – Buzovna – Bilgəh – Nardaran yolu – Bilgəh – Zağulba – Buzovna –Hava limanı şosesi” marşrutu üzrə, saat 11.00-dan 14.00-dək isə Heydər Əliyev prospekti – Yusif Səfərov küçəsi – Üzeyir Hacıbəyli küçəsi – Puşkin küçəsi – Azadlıq meydanı – Nefçilər prospekti – İçəri şəhərdə Kiçik Qala küçəsi – Qoşa Qala Qapısı – İstiqlaliyyət küçəsi – Sona xanım Vəliyeva küçəsi – Lermontov küçəsi – Teymur Elçin küçəsi – Mehdii Hüseyn küçəsi – Parlament prospekti – H.Cavid prospekti – Landau küçəsi – İnşaatçılar prospekti – Bakıxanov küçəsi – Səməd Vurğun küçəsi – Şəmsi Bədəlbəyli küçəsi – Bülbül prospekti – Üzeyir Hacıbəyli küçəsi – Puşkin küçəsi – Azadlıq meydanı” marşrutu üzrə nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılacaq.
Göstərilən vaxtlarda həmin istiqamətlərə alternativ yollardan istifadə olunmasını xahiş edirik.

Mənbə: Anspress.com

1 may 2014
GO BACK