Dubayda açıq havada ekstremal əyləncələrə həsr edilmiş park açılır. Trend-in məlumatına görə, bu barədə "The National" qəzeti yazır.
Parkda ağaclar və qayalar arasında 70 müxtəlif maneə, kanat yollar, maneələrlə velosiped yolu, kaytinq və sörfinq üçün meydançalar açılıb.
Parkın yaradıcısı olan şirkətin nümayəndəsi bildirib: "Təqdim olunan əyləncələrin ölçüsünə, müxtəlifliyinə və ətraf mühitə diqqətə görə bu park region üçün unikaldır".
Parkın sahəsi 2,3 min kvadratmetrdən artıq təşkil edir. Şirkətin nümayəndəsi bildirib ki, bu, dünyada belə parklardan ən böyüyü olacaq.
Açılış 2014-cü ilin sonuna planlaşdırılıb.
Mənbə:Milli.Az