Qadin.NET / Azərbaycanda keçiriləcək buraxılış və qəbul imtahanlarının vaxtı açıqlandı

Azərbaycanda keçiriləcək buraxılış və qəbul imtahanlarının vaxtı açıqlandı

Azərbaycanın keçiriləcək buraxılış və qəbul imtahanlarının vaxtı açıqlanıb.Trend xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədriMəleykə Abbaszadə deyib ki, buraxılış imtahanları 1-ci istiqamət üzrə iyunun 8-də, 2-ci istiqamət üzrə iyunun 13-də, 3-cü istiqamət üzrə iyunun 18-də , 4-cü istiqamət üzrə iyunun 24-də keçiriləcək. Eksternat buraxılış imtahanları isə iyunun 29-da keçiriləcək.

Cari ilin məzunları üçün ali məktəblərə qəbul imtahanları I və IV qruplar üzrə qəbul imtahanı iyulun 12-də, II və III qruplar üzrə qəbul imtahanı isə iyulun 20-də keçiriləcək.

Qeyd edək ki, əvvəlki illərin məzunları üçün qəbul imtahanı I və IV ixtisas qrupları üzrə mayın 11-də, II və III qruplar üzrə mayın 18-də keçiriləcək.

Mənbə:Milli.Az

 

1 may 2014
GO BACK