Məlum olduğu kimi, Prezident İlham Əliyev fevralın 17-dən may ayının 1-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi barədə tapşırıq verib.
Milli.Az xəbər verir ki, bu kampaniyanın hansı səviyyədə keçirilməsi ilə bağlıaznews.az-ın əməkdaşı Səhiyyə Nazirliyi ilə əlaqə saxlayıb.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib ki, artıq bütün rayon icra hakimiyyəti orqanlarının nəzarəti ilə əhalinin əksər hissəsi pulsuz tibbi müayinədən keçirilib:
“Bizim yerlərdə tibbi müəsissələrimizdən də Səhiyyə Nazirliyinə məlumatlar daxil olur. Yaqin ki, bu gün axşam və ya sabaha kimi bu məlumatlar toplanacaq. Bundan sonra tam bilmək olacaq ki, əhalinin neçə faizi tibbi müayinədən keçib və ən çox hansı xəstəliklər aşkarlanıb”.