Qadin.NET / Allergiya mövsümü başladı

Allergiya mövsümü başladı

 

 

Bahar gəldi. Allergiyalı insanların da dərdləri başladı. 

Allergiya orqanizmin ətraf mühitdəki bəzi faktorlara qarşı həddən artıq hissiyyatlı olmasıdır. Milli.Az-ın Day.Az-a istinadən məlumatına görə, həkim-pediator A.Mirzəyeva "Р­С…Рѕ" qəzetinə açıqlamasında bildirib ki, allergiya astma, pollizon, örə, zökəm, dermatit və başqa bu kimi allergik xəstəliklərin genişlənməsinə səbəb olur. Bu cür xəstəliklər bütün dünyada yayılıb və çoxalma tendensiyasına malikdir. Bəzi ölkələrdə bu xəstəlik milli bəlaya çevrilib.
Həkimin sözlərinə görə, yaz aylarında bəzi adamlarda dəri səthinin gicişməsi, gözlərin yaşarması müşahidə olunur.
"Orqanizmdəki bu cür narahat hallar mövsümi allergiyadan xəbər verir. Bu cür allergiya ağacların çiçək açması ilə başlayır və aprelin sonuna, mayın əvvəllərinə qədər davam edir. Bu dövrdə çinarlar çiçək açır, qovaq toxumları havada uçuşur. Bunlar da çox təhlükəli allergenlərdir. Ancaq allergiya hər toz ilə yaranmır. Müəyyən xüsusiyyətlərə malik tozlar allergiya yaradır", - o əlavə edib. 
Mənbə: Milli.az
1 may 2014
GO BACK