Day.Az saytına Fərman Abdullayev adlı oxucu məktub göndərib. Milli.Az-ın məlumatına görə, məktubda deyilir:
"Mən 6 saylı marşrutdan mütəmadi olaraq istifadə edirəm. Avtobusun 7-8 dəqiqə dayanacaqda sərnişin gözləməsindən çox narazıyam. Sürücülər isə qrafikin belə olduğunu deyirlər".
Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı "Bakısərnişinnəqliyyat" MMC-nin dispetçer xidməti ilə əlaqə saxlayıb. Bildiriblər ki, avtobuslar müəyyən olunmuş qrafik əsasında işləyir.
Avtobusda dayanacaqlar 2-3 dəqiqə dayanır. Bəzi marşrutlarda isə dayanacaq müddəti 5-6 dəqiqədir. Qrafikin fərqli olması müxtəlif faktorlardan, o cümlədən sərnişin axınından asılıdır.
Mənbə:Milli.Az