Düyü arıqlamağa kömək edəcək. ANS PRESS-in məlumatına görə, amerikalı alimlər belə düşünürlər. Belə ki, gündə bir porsiya düyü yeyin və pəhriziniz daha effektiv olacaq.
Bura həm ağ, həm də tünd düyü aiddir.
Araşdırmada minlərlə insan iştirak edir. Hər gün müntəzəm olaraq düyü qəbul edən insanların orqanizmində kalium, maqnium, dəmir, fol turşusu və sellüloz kifayət qədər, doymuş yağ və şəkərin miqdarı isə az olur. Düyünün tərkibində natrium və az miqdarda yağ var. Onlardan heç biri doymuş deyil.
Düyü yeyən insan özünü uzun müddət tox hiss edir və artıq çəki yaratmır.
Ağ düyünün tərkibində 15 vitamin və mineral, o cümlədən fol turşusu, B vitamin qrupu, dəmir və sink var. Qəhvəyi düyüdə isə dietik liflər, maqnium və fosforla boldur.
Bu məhsulun tərkibində demək olar ki, xolestrol yoxdur.
Mənbə: Anspress.com